QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Milimiz 6 pillə irəlilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Yeni reytinq siyahısında Azərbaycan millisi 6 pillə irəliləyib.
Berti Foqtsun komandası 398 xalla 85-ci pilləyə yüksəlib. `Avro-2016`dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici İtaliya millisinə məxsusdur. Appenin təmsilçisi 1 pillə geriləyərək 9-cu yerə yuvarlanıb. Digər rəqiblərimizdən Xorvatiya (-4) 20-ci, Norveç (+1) 56-cı, Bolqarıstan (-6) 73-ci və Malta isə (+7) 127-cü pillədə qərarlaşıb.
Ümumilikdə siyahıya yenə İspaniya yığması başçılıq edir. Son dünya və Avropa çempionları 1460 xalla bütün rəqiblərini geridə qoyub. Almaniya (1340) ikinci, Portuqaliya (1245) isə üçüncü olub.