QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Zalsburq` - `Qarabağ`. Təyinatlar

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Zalsburq" - "Qarabağ" matçının hakimləri müəyyənləşib.

Komandamızın avqustun 6-da "Red Bull Arena"da baş tutacaq görüşü şotlandiyalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Robert Madden olacaq. Ona həmyerliləri Qraham Çambers və Alastair Mazer köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Brian Kolvin yerinə yetirəcək.

Oyunun hakim inspektoru Peter FRÖJDFELDT,  Uefa nümayəndəsi isə Roy CATHCART olacaq.

Qeyd edək ki, avqustun 6-da Avstriyada keçiriləcək "Zalsburq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə "Qarabağ"ımız 2:1 hesabı ilə qələbə qazanmışdı.