QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl `Qarabağ`ımızı tək buraxmadı

Bu gün Qarabağ`ımız taleyüklü oyuna çıxacaq.Komandamız Çempionlar Liqasının III mərhələsində `Zalsburq`la qarşılaşacaq.Uğurlu nəticə əldə edəcəyi təqdirdə `Qarabağ`ımız Çempionlar Liqasının play-off mərhələsinə yüksəlməklə Azərbaycan futbolunda bir ilkə imza atacaq.Daim komandanın yanında olan,maddi və mənəvi dəstəyini əsirgəməyən `Qarabağ` FK-nın vitse-prezidenti Tahir Gözəl bu dəfədə ənənəsinə sadiq qalıb.Başqanımız komandamıza dəstək olmaq üçün bu gün Avstriyaya yollanıb.Hətta `Zalsburq`la oyundan öncə `Qarabağ`a inamını nümayiş etdirən başqan bu dəfədə komandasının yanında olacaq.Tahir bəy Avstriyaya tək yollanmayıb klubmuzun və baş sponsorumuz AZƏRSUN HOLDİNQ`in idərə heyətinin üzvü Fevzihan Aras da `Qarabağ`ı dəstəkləmək üçün artıq Zalsburqdadır.