QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Komandamız səkkizinci günü tək məşqlə tamamladı

"Qarabağ"ımız Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

Komandamız 8-ci günü tək məşqlə başa vurub. Yerli vaxtla saat 11:00-da start götürən məşq təxminən 1 saat yarım davam edib. Hazırlıq daha çox fiziki çalışmalara əsaslanıb. Qeyd edək ki, komandamız sabah təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirəcək. Bakı vaxtıyla saat 18:00-da "Qarabağ"ımız Rusiyanın "Kuban" klubuyla qarşılaşacaq.