QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"ımız "Milliyet" tərəfindən mükafatlandırıldı

Türkiyənin Gillette - Milliyet İlin İdmançısı Mükafatları (Gillette - Milliyet Yılın Sporcusu Ödülleri) qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Bu il ilk dəfə olaraq, dünya şöhrətli və Türkiyənin ən etimadlı Gillette - Milliyet İlin İdmançısı Mükafatları (Gillette - Milliyet Yılın Sporcusu Ödülleri) namizədləri sırasında azərbaycanlıların fəxri “Qarabağ” Futbol Klubunun adı olub.

"Qarabağ"ımız "Jüri" xüsusi mükafatı ilə təltif edilib. Mükafatı klubumuzun vitse-prezidenti Tahir Gözələ Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku təqdim edib.