QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: "Əsas odur ki, 3 xalı qazandıq"
"Qarabağ"ımız Premyer Liqanın IV turundan təxirə salınmış oyunda səfərdə "Səbail"i 2:0 hesabıyla məğlub edib.
Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: "Çempionatın son oyunu idi. Çox istəyirdik ki, qalib gələk. Çox şükür ki, hər şey bizim tərəfimizdə oldu. Uşaqlar qalib gəlmək üçün əllərindən gələni etdilər. Futbolçularımı təbrik edirəm. Texniki səhvlərimiz, top itkilərimiz oldu. Ancaq əsas odu ki, 3 xal qazandıq".