QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl ölkə prezidenti tərəfindən mükafatlandırıldı

Bu gün Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Geridə qalan ili idmanda qeydə alınan nəticələri uğurlu sayan ölkə prezidenti daha sonra 2017-ci ildə idman sahəsində fərqlənən şəxsləri mükafatlandırıb. Bu il UEFA-nın ən ali turniri olan Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”ımız Azərbaycan adını layiqincə təmsil etmişdir. Bunun nəticəsidir ki, bu gün klubumuzun vitse-prezidenti Tahir Gözəl ölkə prezidenti tərəfindən mükafatlandırılıb. Dövlət başçısı Tahir Gözələ Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomunu təqdim edib.