QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Türkiyə uda bilmədi, İspaniya lider oldu
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti turun oyunları keçirilib. Milli komandamızın yer aldığı F qrupu ilə yanaşı, digər qruplarda da bir sıra qarşılaşmalar baş tutub. Ən maraqlı oyunlardan biri İstanbulda reallaşıb. Burada Türkiyə millisi Macarıstanı sınağa çəkib. Qrupda vəziyyətləri çətin olan “ay-ulduzlular” bu görüşdə mütləq qələbə qazanmalı idilər. Lakin Türkiyə yığması “Şükrü Saracoğlu” stadionunda rəqibinin müqavimətini qıra bilməyib – 1:1. Son dünya və Avropa çempionu olan İspaniya isə səfərdə Fransanı məğlub edərək liderliyi ələ keçirib. DÇ-2014-ün seçmə mərhələsi 26 mart A qrupu Serbiya – Şotlandiya - 2:0 Qollar: Curiçiç, 59; 65 Belçika – Makedoniya - 1:0 Qol: Hazard, 63 Uels – Xorvatiya - 1:2 Qollar: Beyl, 21-pen - Lovren, 77, Eduardo, 87 B qrupu Ermənistan - Çexiya - 0:3 Qollar: Vydra, 47; 81, Kolarj, 90+3 Danimarka – Bolqarıstan - 1:1 Qollar: Agger, 63-pen - Manolev, 51, Malta – İtaliya - 0:2 Qol: Balotelli, 8-pen; 45 C qrupu Almaniya – Qazaxıstan - 4:1 Qollar: Reus, 23; 90 Qötse, 27, Gündoğan, 31 – Şmidtqal, 46 İrlandiya – Avstriya - 2:2 Qollar: Uolters, 25-pen; 45 - Harnik, 11, Alaba, 90+1 D qrupu Estoniya – Andorra - 2:0 Qollar: Anyer, 45, Lindpere, 62 Türkiyə - Macarıstan - 1:1 Qollar: Burak, 66 - Bode, 71 Hollandiya - Rumıniya - 4:0 Qollar: Van der Vaart, 12, Van Persi, 56; 65-pen, Lens, 90 H qrupu Ukrayna - Moldova - 2:1 Qollar: Yarmolenko, 61, Kaçheridi, 71 – Suvorov, 80 Polşa - San Marino - 5:0 Qollar: Levandovski, 21-pen; 50-pen Piszczek, 28, Teodorçik, 61, Koseçki, 90+1 Monteneqro – İngiltərə - 1:1 Qollar: Damjanoviç, 76 - Runi, 6 I qrupu Fransa – İspaniya - 0:1 Qol: Pedro, 58