QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Kamp gündəliyi - 20

“Qarabağ”ımız Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Komandamız toplanışın 20-ci gününü tək məşqlə başa vurub. Yerli vaxtla saat 17:30-da başlayan hazırlıq təxminən 90 dəqiqə davam edib və toplu çalışmalara üstünlük verilib.  Milli komandalarda olan futbolçularımız hazırlıqda iştirak etməyib.

Qeyd edək ki, “Qarabağ”ımız sabah V yoxlama görüşündə Bosniya və Hersoqovinanın “Sarayevo” komandasıyla qarşılaşacaq. Matç Bakı vaxtıyla saat 18:30-da start götürəcək.